Hadisə

Bakıda kirayə ev götürənlər \”makler\”i döydü

Bakıda kirayə ev götürənlər "makler"i döydü
Bakıda ev alqı-satqısı ilə məşğul olan şəxs döyülüb.

\”Report\”un məlumatına görə, hadisə Səbayel rayonu ərazisində, \”Torqovı\” kimi tanınan Nizami küçəsində baş verib.

Belə ki, ev-alqı satqısı ilə məşğul olan Dadaşlı Nəsimi Qəmbər oğlu iki nəfər tərəfindən döyülüb. N.Dadaşlı burun sümüyünun sınığı və döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Səbayel Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri – 1992-ci il təvəllüdlü Əhmədxanov Hacı Əmrah oğlu saxlanılaraq istintaqa təqdim olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətiimkan tədbiri seçilib.

N.Dadaşlınl döyən şəxslərdən digəri – 1990-cı il təvəllüdlü Nicat Məmmədovu isə hələlik saxlamaq mümkün olmayıb. Onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, hadisə pul mübahisəsi səbəbindən baş verib. Belə ki, zərərçəkən N.Dadaşlı H.Əhmədxanov və N.Məmmədova Səbayel rayonu ərazisində ayı 500 manata kirayə ev verib. Lakin bir neçə gündən sonra H.Əhmədxanov və N.Məmmədov evdən imtina edərək N.Dadaşlıdan ona verdikləri 500 manatı geri tələb ediblər. N.Dadaşlı pulun 300 manatını qaytarsa da, 200 manatını geri verməkdən imtina edib. Yaranan mübahisə zamanı H.Əhmədxanov və N.Məmmədov N.Dadaşlını döyərək ona ağır bədən xəsarəti yetiriblər.

Faktla bağlı Səbayel RPİ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button