Hadisə
Qəbələdə dağlıq ərazidə yanğın BAŞLADI

Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumat əsasında dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.