Hadisə

Paytaxtda yanğın ağacların məhvinə səbəb oldu

Bakının Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yaşıllıq ərazidə baş verən yanğın zamanı 23 ağacın yandığı məlum olub.

Savash.org xəbər verir ki, bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

“Hazırda təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək”, – o qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button