Hadisə

Türkiyədə sel: qurbanların sayı 62 nəfərə çatıb

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 62 nəfərə çatıb. Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, avqustun 11-dən baş verən sel fəlakəti nəticəsində Kastamonuda 52, Sinopta 9, Bartında isə bir nəfər həyatını itirib.

Sel fəlakətində itkin düşən 77 nəfərin axtarışları davam etdirilir.

Kasatamonuda sel fəlakətində ölən daha bir nəfərin cəsədi aşkarlanıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bununla da Kastamonuda 49, Sinopta 9, Bartında isə bir nəfər olmaqla ümumilikdə 59 nəfər sel fəlakətinin qurbanı olub. AFAD-dan sel fəlakəti nəticəsində xəsarət alan 8 yaralının xəstəxana şəraitində müalicə olunduğu bildirilib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu fəlakət nəticəsində Kastamonuda 62, Sinopda 15 olmaqla, ümumilikdə 77 nəfərin itkin düşdüyünü bildirmişdi.

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 58 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, fəlakət bölgəsində Kastamonuda 48, Sinopta 9, Bartında isə bir nəfər həyatını itirib.

Sel qurbanlarının 15-nin kimliyi hələ bilinmir.

Nazir fəlakət nəticəsində Kastamonuda 62, Sinopda 15 olmaqla, ümumilikdə 77 nəfərin itkin düşdüyünü qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button