Hadisə

Göyçayda dəhşət: ata və iki uşağı yanıb öldü

Göyçayda dəhşət: ata və iki uşağı yanıb öldü
Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə barədə yanğından mühafizə hissəsinə gec məlumat verilib.

Yanğınsöndürənlər hadisə yerinə gələndə artıq ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq dünyasını dəyişib.

Yanğın baş verən zaman ev sahibi Xəyalə Əhmədova işdə olub. Qonşuların bildirdiyinə görə, uşaqların atası Azad Babayevin psixoloji problemləri varmış.

Xəyalə Əhmədova bu gün səhər uşaqların yeməyini hazırlayaraq zavoda işə getdiyini, yarım saatdan sonra evinin yanması xəbərini eşitdiyini bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğını söndürmək üçün evə daxil olmaq istəsələr də, qapı içəridən bağlı olub. Bu da yanğının qarşısının alınmasına və içəridəkilərin çıxarılmasına mane olub. Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button