Hadisə

Türkiyədə fəlakət qurbanlarının sayı artdı – FOTO

Türkiyənin Qara dəniz bölgəsində baş verən sel fəlakətində ölənlərin sayı 70-ə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Kastamonuda 60, Sinopda 9, Bartində 1 nəfər sel səbəbindən həlak olub. 8 nəfərin müxtəlif xəstəxanalarda müəlicəsi davam edir.

Xatırladaq ki, avqustun 11-də Qara dənizin Qərb bölgəsində başlayan aramsız yağışlar səbəbindən Bartın, Kastamonu və Sinop şəhərlərində sel və daşqınlar meydana gəlib.

Bundan əvvəl 62 nəfərin öldüyü bildirilib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button