Hadisə
İsmayıllıda və Ağsuda zəlzələ
İsmayıllı rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) \”Trend\”-ə bildiriblər ki, ilkin məlumatlara əsasən, bu gün yerli vaxtla saat 15:53-də İsmayıllıda zəlzələ qeydə alınıb.
Episentri yerin 8 km dərinliyində olan zəlzələnin maqnitudası 3,3 təşkil edib. Zəlzələ hiss olunmayıb.
Bu gün günün ikinci zəlzələsi Ağsuda qeydə alınıb. Təkanlar yerli vaxtla saat 15:52-də Pirquludan 14km cənub-qərbdə, Ağsu rayonu ərazisində baş verib.
Maqnitudası 3.4, dərinliyi 8 km olan bu zəlzələ də hiss olunmayıb.
Loading...