Hadisə

Rusiyada azərbaycanlı tələbə qız ekstremizmə görə saxlanıldı

Rusiyada azərbaycanlı tələbə qız ekstremizmə görə saxlanıldı
Rusiyanın Ulyanovsk vilayətinin İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 1 bəndi üzrə (ekstremist fəaliyyəti) vilayət mərkəzində Xo Şi Mina küçəsində yaşayan Ulyanovsk Dövlət Pedaqoji Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi 21 yaşlı Şanay Hüseynzadəyə qarşı cinayət işi açılıb.

Oxu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o “VKontakte” şəbəkəsində “Levana Aliyeva” adı altında olan səhifəsində radikal islam ekstremistlərinin çarxlarını, o cümlədən də Suriyada mücahidlər tərəfindən provoslav rahiblərinin edam səhnələrini yerləşdirirmiş.

Qalmaqal həm də Şanay Mübariz qızının indiyə qədər sakit təbiətli bir qız hesab edildiyi üçün gözlənilməz olub. Şanay 1993-cü ilin 26 noyabr tarixində anadan olub. 2011-ci ildə 75 saylı Ulyanovsk ümumtəhsil orta məktəbini bitirib, təbiət biliklərinə görə imtahanlarda ən yüksək balı toplayıb.

Rus, Azərbaycan və ingilis dillərində sərbəst danışır. Universitetdə ictimai işlə fəal məşğul olub, məktəblərdə məruzələr oxuyub, yazıları jurnallarda dərc olunub və hətta təhsil müəssisəsinin tövsiyəsi ilə Ulyanovskun Leninsk rayonunun seçki komissiyasına ehtiyat üzv kimi daxil edilib.

Amma… Aydın olub ki, Rusiyada böyüyən və təhsil alan qız gələcəyini bu ölkə ilə bağlamır. İndi o fəal şəkildə öz tarixi vətəni Azərbaycanda yüksək məvacibli hüquqşünas – dövlət işçisi və ya piar-agent işi axtarır. O, bu səbəbdən bir neçə CV də yollayıb. Yeri gəlmişkən, o, CV-də xüsusi nailiyyətlər bölməsində Rusiyanın DİN sistemində işləməsini, cinayət axtarışı üzrə təcrübə keçdiyini və FHN-də bir il işlədiyini göstərib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button