Hadisə

Maşın Kürə düşdü: müəllim öldü, şagird xilas edildi

Maşın Kürə düşdü: müəllim öldü, şagird xilas edildiBu gün səhər Sabirabad rayonunda faciə baş verib.

Cavad kənd sakini, Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlu “VAZ-2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb.

Ə. Hüseynov boğularaq ölüb. Onun avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı isə sakinlər tərəfindən xilas edilib.

Hazırda avtomobilin və sürücünün meyitinin sudan çıxarılması üçün hadisə yerində FHN-in sularda xilasetmə xidmətinin dalğıcları işləyirlər (APA).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button