Hadisə

Bakıda mağaza və 3 maşın yandı

Bakıda mağaza və 3 maşın yandıBu gecə Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağazada yanğın başlayıb. Alov qısa müddətdə genişlənib.

Nəticədə mağazanın içərisinə yığılan mallar tamam kül olub.

Bundan başqa, magazanın yaxınlığında dayanmış ayrı-ayrı vətəndaşlara məxsus \”Mercedes\” markalı minik avtomobilin 2 sol arxa qapısının üzlüyü, \”Changan\” markalı minik avtomobilinin mühərrik hissəsi, \”Cerry\” markalı avtomobilin isə sol arxa qapısının üzlüyu yanıb.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button