Hadisə

Bakıda dəhşətli yanğın: artıq ölənlər və 15 yaralı var, FHN helikopterləri də havaya qalxdı

Bakıda dəhşətli yanğın: artıq ölənlər və 15 yaralı var, FHN helikopterləri də havaya qalxdı

Binəqədi rayonu, Azadlıq prospekti 189-da baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildiriblər ki, xəsarət alanlar Respublika Xəstəxanasına, 1 saylı Tibbi Klinik Mərkəzə, Travmatologiya Xəstəxanasına yerləşdirilib. Hazırda hadisə yerinə tibbi briqadalar cəlb edilib.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev və müavinləri də ərazidədir. Paytaxtın bütün xəstəxanaları hazır vəziyyətə gətirilib.

* * *11:44

Bakıda baş verən dəhşətli yanğın zamanı bir nəfər özünü binadan atıb.

\”Qafqazinfo\”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişi özünü səkkizinci mərtəbədən ataraq ölüb.

Qeyd edək ki, həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb.

Milli.az-ın hadisə yerində olan əməkdaşı isə hadisə şahidlərinə istinadən bildirir ki, ilkin məlumata görə, 3 nəfər ölüb. Ana ilə uşağı özlərini binadan atıblar. Azyaşlı bir uşaq isə 9-cu mərtəbədə köməksiz qalıb.

Xeyli yaralı var. Sakinlər yanan binadan çıxmağa çalışarkən xəsarət alıblar.

Bu arada məlum olub ki, jurnalist Sevinc Fədai də körpəsi ilə birgə yanan binada qalıb.Onlar tüstüdən boğulma təhlükəsi ilə üz-üzə olduqlarını bildiriblər.

Son məlumatlara görə, yanğının söndürülməsi üçün FHN-in helikopterləri də cəlb olunub.

Nazirliyin xilasedicilərdən bir neçəsinin vəziyyəti də pisləşib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button