Hadisə

Yanğında ölənlərin harada dəfn ediləcəyi bəlli oldu

Yanğında ölənlərin harada dəfn ediləcəyi bəlli oldu
Dünən Binəqədi rayonu, Azadlıq prospektində yanan binada dünyasını dəyişənlərin harada dəfn ediləcəyi bəlli olub.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova lent.az-a açıqlamasında deyib ki, dünyasını dəyişən şəxslərdən ikisi Binəqədi rayonunda dəfn ediləcək.

Şöbə müdiri qeyd edib ki, dünyasını dəyişən digər şəxslər doğulduqları və ya yaxınlarının dəfn edildikləri rayonlarda torpağa tapşırılacaqlar: “Balaca Fərəh Qubada dəfn ediləcək. Yas mərasimi isə Xaçmazda veriləcək. Ölkə başçısının göstərişinə əsasən hər bir dəfn mərasimi və dəfnin xərcləri müvafiq rayon icra hakimiyyəti tərəfindən qarşılanacaq”.
Yanğında ölənlərin harada dəfn ediləcəyi bəlli olduYanğında ölənlərin harada dəfn ediləcəyi bəlli oldu

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button