Hadisə

Arvadı ilə dalaşan kişi özünü öldürmək istədi

Arvadı ilə dalaşan kişi özünü öldürmək istədiFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 37 yaşlı kişi yaşadığı hündürmərtəbəli binadan özünü atmaq istəyib.

Məlumat daxil olan kimi hadisə yerinə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılıb.

Əməliyyat saat 10:47-də başa çatıb.

İlkin olaraq bildirilib ki, kişi həyat yoldaşı ilə mübahisə etdiyi üçün əsəbləşibmiş. Bu səbəbdən də həyatından bezdiyini deyib və özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button