Hadisə

Bakıda ilanla fala baxan ekstrasens axtarışa verildi

Bakıda ilanla fala baxan ekstrasens axtarışa verildiPaytaxtda məşhur ekstrasens dələduzluq etdiyinə görə axtarışa verilib.

“Report”un məlumatına görə, ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir. Onunla bağlı artıq iki nəfər zərərçəkən qismində Səbayel Rayon Polis İdarəsinə şikayət edib.

T.Salamova istintaqdan yayınaraq ifadə verməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, T.Salamova “Lider” TV-də yayımlanan “Ekstra Hiss” yarışmasının qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir.

O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button