Hadisə

Arvadına bir neçə bıçaq zərbəsi vurdu, 14 il iş aldı

Arvadına bir neçə bıçaq zərbəsi vurdu, 14 il iş aldıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən İlqar Qocamanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, İ.Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Qocamanov yaşadığı Qaradağ rayonundakı mənzildə münaqişə zəminində həyat yoldaşı Rəna Qocamanovaya öldürmək məqsədi ilə bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib. Törətdiyi cinayət əməlinə görə İ.Qocamanov Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button