Hadisə
Sərxoş kişi diri-diri yandı – SUMQAYITDA
Ötən gün Sumqayıtda dəhşətli ölüm hadisəsi baş verib.
Savash.org-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin 42-ci məhəlləsində qeydə alınıb.
Həmin ünvanda yerləşən yarımtikilidə şəhər sakini Afər Əmrahov sərxoş halda yandırdığı ocaq qalayıb. Bu zaman ehtiyatsızlıqdan onun üstanə od düşüb.
Onun səsinə gələnlər çalışsalar da alovu söndürə bilməyiblər.
Afər Əmrahov yanaraq ölüb.
Araşdırmalar zamanı onun əvvəllər məhkumluq həyatı da yaşadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Loading...