Hadisə

Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdü

Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdüSalyan rayonunda odlu silahdan istifadə edilməklə törədilən və azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.

Bu faciə iyunun 5-də saat 20 radələrində Salyan rayonunun Düzənlik kəndində yaşanıb. 3 yaşlı oğlan 9 yaşlı qardaşı tərəfindən güllə ilə vurularaq öldürülüb.

Belə ki, kənd sakini Telman Məmmədovun Bakıda yaşayan oğlu Vüqar Məmmədov oğlanları – 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Telman Məmmədov təsərrüfatını ziyanvericilərdən qorumaq üçün evindəki köhnə ov tüfəngini həmişə atəşə hazır saxlayırmış. Böyüklərin nəzərindən yayınan 9 yaşlı Rəmzi babasının ov tüfəngini götürərək 3 yaşlı qardaşı ilə oynamaq istədikdə ehtiyatsızlıqdan atəş açılıb. Güllə uşağın baş nahiyəsindən dəyib. Azyaşlı yerindəcə keçinib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button