Hadisə

Toy günü ölən gəlin “Vağzalı” ilə dəfn edildi

Toy günü ölən gəlin “Vağzalı” ilə dəfn edildiBakıda toyu günü baş verən qəza nəticəsində dünyasını dəyişən Vəsilə Rzayeva dəfn olunub.

Bu barədə azvision.az-a mərhumun qohumları məlumat veriblər. Bildirilib ki, dəfn mərasimi ötən gün axşam saatlarında baş tutub: “Artıq Vəsiləni dəfn etmişik. Hava çox isti olduğundan onun nəşini saxlaya bilmədik. Rəhmətlik gözəl insan idi. Orta məktəbi yeni bitirmişdi. Evin tək qız idi”.

Qohumlarının sözlərinə görə, V.Rzayeva “Vağzalı” sədaları ilə torpağa tapşırılıb: “Onu “Vağzalı” sədaları altında dəfn etdik. Bu, çox dəhşətli idi. Onun nişanlısı da dəfn mərasimində iştirak edirdi. Oğlan da yaxşı insandır. Nə edək, tale elə gətirdi. Hazırda valideynləri çox pis vəziyyətdədirlər. Onlar hadisənin şokundan ayıla bilmirlər. Onu ağ gəlinlikdə torpağa tapşırdıq. Toya gələn bütün qonaqlar onun yasında iştirak edirdilər”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button