Hadisə

Dünən 30 sutkalığa həbs edilən cəbhəçi 2 saat sonra azad olundu

Dünən 30 sutkalığa həbs edilən cəbhəçi 2 saat sonra azad olunduDünən məhkəmənin qərarı ilə 30 sutkalığa həbs edilən AXCP Saatlı rayon təşkilatı Gənclər Komitəsinin sədri Ənvər Hüseynli elə dünən də məhkəmə qərarı ilə həbsdən azad olunub.

Bu məlumatı Ənvər Hüseynlinin atası Ziyafət Hüseynli verib.

Ziyafət Hüseynlinin sözlərinə görə, oğlunun həbsi uzun sürməyib. Belə ki, Ənvər Hüseynli elə dünən – həbsindən 2 saat sonra yenidən Saatlı Rayon Məhkəməsinə aparılıb və barəsində çıxarılmış 30 günlük inzibati həbs qərarı ləğv olunub. O, həmin gün də azadlığa buraxılıb.

Faktı Saatlı Rayon Polis Şöbəsindən (RPŞ) də təsdiqlədilər. RPŞ-nin növbətçi hissəsindən virtualaz.org saytına verilən məlumata görə, Ə.Hüseynli həbsdən məhkəmənin qərarı ilə azad olunub.

Qeyd edək ki, Z.Hüseynlinin dünən virtualaz.org saytına verdiyi məlumata görə, oğlu iyunun 8-də axşam Saatlı Rayon Polis Şöbəsinə (RPŞ) aparılaraq saxlanılıb. Ertəsi gün, yəni iyunun 9-da isə Saatlı Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası verilib. O, inzibati xəta törətməkdə günahkar bilinib. Ə.Hüseynlinin atası isə bildirmişdi ki, oğlu ictimai yerdə qaydaları pozmaqda ittiham olunsa da əslində sosial şəbəkədəki yazıları ilə bağlı tənbeh olunub.

Saatlı Rayon Məhkəməsindən virtualaz.org saytına bildirmişdilər ki, Ənvər Hüseynli İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə (ictimai yerdə xırda xuliqanlıq) əsasən cəzalandırılıb və barəsində 30 sutka müddətinə inzibati həbs tətbiq olunub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button