Hadisə

Tovuzda qız toyun səhəri özünü öldürdü

Tovuzda qız toyun səhəri özünü öldürdüO, 15 gün əvvəl qaçırılıb.

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Savash.org xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Tovuz mərkəzi bazarının yaxınlığında yerləşən dəmir yol körpüsündə qeydə alınıb.

Rayonun Bozalqanlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova özünü körpüdən yerə atıb. Yaralı vəziyyətdə tapılaraq dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Nəzərovanı xilas etmək mümkün olmayıb.

Məlumata görə, A.Nəzərova 15 gün əvvəl ailə qurmaq məqsədi ilə qaçırılıb.

Ailələr razılığa gələrək dünən toy şənliyi təşkil ediblər. Toydan sonra Aytən Nəzərova yoxa çıxıb.

Bu gün səhər isə o özünü dəmir yol körpüsündən ataraq intihar edib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button