Hadisə

Oğuzda qəza törədən polis əməkdaşı dünyasını dəyişib

Oğuzda qəza törədən polis əməkdaşı dünyasını dəyişibÖtən gün Oğuz-Şəki yolunun 35-ci km-də baş verən qəza nəticəsində xəsarət alan 26 yaşlı Tural Tofiq oğlu Əliyev iyunun 13-də günorta saatlarınd Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.

\”Report\” xəbər verir ki, Tural Əliyev dünən axşam saatlarında idarə etdiyi \”Mercedes\” markalı 99-FH-324 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarındakı ağaca çırpıb.

Tural Əliyev Oğuz Ryon Polis Şöbəsinin müvəqqəti saxlama yerində polis çavuşu vəzifəsində işləyirdi.

Hazırda faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button