Hadisə

Tanınmış rusiyalı müğənni Janna Friske öldü

Tanınmış rusiyalı müğənni Janna Friske öldüTanınmış rusiyalı müğənni Janna Friske 41 yaşında vəfat edib.

Bu barədə “TASS”a müğənninin atası Vladimir Friske bildirib.

“Janna vəfat etdi, bu, həqiqətdir. Bu, iyunun 15-də axşam saat 10-da baş verdi” – atası deyib.

Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, müğənni 2013-cü beyin xərcəngi ilə mübarizə aparırdı. Bundan əvvəl Janna Friske əri Dmitri Şepelyovla onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o, uğurlu solo karyerasına başlayıb. Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib (APA).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button