Hadisə

Bakıda məşhur bazarın qarşısında qalmaqal

Bakıda məşhur bazarın qarşısında qalmaqalBakının Nizami rayonunda asayişi pozan kişi döyülüb.

ANS PRESS-in məlumatına görə, hadisə “8-ci km bazarı” qarşısında baş verib. Bazarın qarşısında gecə saat 02 radələrində səs-küy düşüb.

Səs-küyə çıxan camaat yaşlı bir kişinin sərxoş halda söyüş söydüyünü görüblər. Məsələni araşdırmaq istəyərkən isə kişi insanları da söyməyə başlayıb.

Bu səbəbdən rus əsilli olan 45 yaşlı kişini döyüblər. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsində araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button