Hadisə
Koronaviruslu xəstə küçədə saxlanıldı

Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.
Savash.org DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Asif Ellazalıyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
Fakla bağlı Cinayət Məcəlləsinin 139-1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.