Hadisə

Deputatın qardaşı oğlu həbs edildi – Dələduzluq

Deputatın qardaşı oğlu həbs edildi – DələduzluqBakı Şəhər Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tanınmış iqtisadçı deputat Vahid Əhmədovun qardaşı oğlu Namiq Əhmədovu həbs ediblər.

Bu barədə “AzPolitika.info”-ya mötəbər mənbələrdən məlumat daxil olub. N.Əhmədov vətəndaşın şikayəti əsasında Nəsimi RPİ-də başlanılmış cinayət işi çərçivəsində, təxminən 10 gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. N.Əhmədova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. O, aldatma yolu ilə adını dəqiqləşdirə bilmədiyimiz vətəndaşın 5 min manatını mənimsəməkdə şübhəli bilinir.

Məlumat hüquq-mühafizə orqanlarındakı mənbə və N.Əhmədovun yaxınları tərəfindən də təsdiqlənib. Bildirilib ki, deputatın qardaşı oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.

N.Əhmədovun əməllərindən zərərçəkənlərin bir yox, bir neçə nəfər olduğu haqda da məlumatlar var.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button