Hadisə

Vətəndaşla kobud rəftar edən polis kapitanı işdən qovuldu

Vətəndaşa qarşı kobud rəftar edən polis kapitanı İlkin Süleymanov vəzifəsindən azad olunub.

Savash.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt Rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button