Hadisə

Narkotik çəkib, Tik-Tok-da canlı yayım açan şəxs HƏBS EDİLDİ

Narkotikin təsiri altında Tik-Tok-da canlı yayım açan şəxs həbs edilib.

Bu barədə Savash.orga Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün öncə Tik-Tok sosial şəbəkəsində gənc oğlanın canlı yayım açaraq dostuna “polis məndən xahiş edir ki, bizim ərazimizdə “dvijeniya” etməyin” sözlərini dediyini əks etdirən videogörüntü yayılmışdı.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Abşeron rayon sakini, 19 yaşlı Tural Salmanov olması müəyyən edilib və o, saxlanılıb.

T.Salmanov həmin ifadələri narkotikin təsiri altında izləyicilərinin marağını cəlb etmək məqsədilə işlətdiyini etiraf edib. O, bu hərəkətindən peşman olduğunu bildirərək üzr istəyib.

T.Salmanovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarında narkotik vasitə də aşkar olunub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə T.Salmanov barəsində 45 gün müddətə inzibati həbs tətbiq edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button