Hadisə

Gəncədə başı kəsilən uşaqların qətlində şok məqam

Gəncədə başı kəsilən uşaqların qətlində şok məqamGəncədə dəhşətli qətl hadisəsinin bəzi təfərrüfatı bəlli olub.

Gəncə Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub. Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların başını kəsib. Cinəyatkarlar evdən heç nə götürməyərək evi tərk ediblər. Hazırda hadisə yerində polis işləyir.

Yerli sakinlərin bildirdiyinə görə isə ailə radikal dini təriqətin üzvü olub.

Xatırladaq ki, Gəncənin “Beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib. Hadisə bir neçə saat bundan öncə baş verib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.

Hadisənin kim və hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır.

Lent.az-ın xəbrinə görə isə hadisə bu gün saat 17 radələrində şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan bir yaş yarımlıq Ə.Y.-nin boğazı kəsilərək qətlə yetirilib. Eyni vaxtda onun qardaşı, 2013-cü il təvəllüdlü Ə.V.-nin da boğazı kəsilib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriblər. Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı cinayət işi acılıb, araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button