Hadisə

ABŞ-da 10-AA-100 nömrəli avtomobil sürən azərbaycanlı – FOTO

ABŞ-da 10-AA-100 nömrəli avtomobil sürən azərbaycanlı - FOTOÇoxlarına məlum olduğu kimi, şərqdə, o cümlədən də Qafqazda rəqəmlərinin təkrar, yəni “güzgü effektli” düzülüşü olan avtomobil, telefon nömrələri həmişə dəbdə olub.

Bəzi insanların bu tipli nömrələrə marağı o qədər böyükdür ki, hətta xaricdə yaşasalar belə, adətlərindən əl çəkə bilmirlər. Əksinə, xaricdə nömrələrin sərbəst satışı ilə bağlı vəziyyətdən istifadə edib özlərinə maraqlı telefon, yaxud maşın nömrələri alırlar.

Xalq arasında “zerkalni” kimi tanınan belə nömrələrdən birini də ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlı alıb.

Adının açıqlanmadığı həmvətənimiz Azərbaycanda yalnız dövlət avtomobillərinə verilən AA seriyalı 10-AA-100 nömrəsini alıb, burda edə bilmədiyini orda edib.

Qeyd edək ki, ABŞ-da belə nömrənin qiyməti cəmi 45 dollardır.

Həmin fotoşəkli təqdim edirik.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button