Hadisə
Turistlər Bakıda ağır avtoqəzaya düşdü: 3 ölü, 5 yaralı
Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.
****
Bir neçə dəqiqə əvvəl Bakıda Heydər Əliyev prospektində ağır avtomobil qəzası baş verib. AzPolitika.info-ya daxil olan məlumata görə, 2 avtomobilin toqquşması nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Avtomobillərdən birində əcnəbilər olub.
Məlumata görə, ölənlərdən biri İngiltərə vətəndaşı, digəri isə azərbaycanlı sürücüdür.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Loading...