Hadisə
Qatar iki nəfəri vurub öldürdü
Moskvada \”Oçakovo\” platformasına yaxın ərazidə iki nəfər qatarın altına düşərək dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
\”Bu gün axşam saatlarında Moskva – \”Oçakovo\” marşrutu ilə hərəkət edən elektrik qatarı platformadan 50 metr aralıda iki kişini ölümcül şəkildə vurub\”, – deyə mətbuat xidməti bildirib.
Həlak olmuşların şəxsiyyətləri müəyyən edilməyib.
Faktla bağlı cinayət işi açılıb.