Hadisə

Vəhhabilərə qoşulan keçmiş pasport-masa rəisi həbs edildi

Vəhhabilərə qoşulan keçmiş pasport-masa rəisi həbs edildi

Xaçmaz rayonunda keçirilən əməliyyat nəticəsində Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi saxlanılıb.

Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi pasport-qeydiyyat şöbəsinin keçmiş rəisi Nizami Seyidov saxlanılıb (APA).

ANS PRESS-in məlumatında Nizami Seyidovun Xudat şəhərində vəhhabi təriqətinin üzvlərindən olduğu bildirilir. Əməliyyatın keçirilməsini Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Ədalət Abbasov da təsdiqləyib. Lakin keçirilən əməliyyat barədə ətraflı məlumat verilməyib.

Xaçmaz RPŞ-dən əməliyyatla bağlı əlavə məlumat verilməyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button