Hadisə

Xırdalanda banka silahlı basqın: yaralı var (FOTO)

Xırdalanda banka silahlı basqın: yaralı var (FOTO)\”Kapital Bank\” ASC-nin Abşeron filialına silahlı basqın olub. APA-nın məlumatına görə, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar.

Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin \”Kapital Bank\” ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.

Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.

***

APA-nın məlumatına görə, bıçaq və güllə yarası almış mühafizəçi Əsədov Vüqar Vahid oğludur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button