Bakıda batan qadını xilas etmək istəyən polis əməkdaşının özü dənizdə batdı
Bakıda dənizdə bir nəfər batıb. Musavat.com FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
Batan şəxsin qonşuları Musavat.com-a hadisə ilə bağlı bəzi detalları açıqlayıblar. Məlumata görə, dənizdə batan Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nuralıyev Zaur Zakir oğludur, Bakının Hövsan qəsəbəsində yaşayır. Çavuş vəzifəsində çalışan Zaur Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan qadını xilas etmək istəyib, nəticədə özü batıb. Hazırda onun axtarışları davam etdirilir. Əslən İsmayıllı rayonunu Buynuz kəndindən olan Zaur Nuralıyevin ailə üzvləri də hadisənin baş verdiyi yerdədirlər.