Hadisə

“Qurana əl basaram ki, o heroin mənlik deyil…”

“Qurana əl basaram ki, o heroin mənlik deyil...”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sdərlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Mirhüseyn Bağırov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 25 ildir ki, narkotikdən istifadə etdiyini, heç vaxt yalan danışmadığını, saxlanılarkən üstündə cəmi iki bükümlük heroin olduğunu göstərib: “Gətirin Qurana əl basım, o heroin mənlik deyil, mən istifadəçiyəm, narkotik satıcısı deyiləm”.

Qeyd edək ki, bu ilin fevral ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini Mirhüseyn Bağırov adlı şəxsin üzərində axtarış aparıb. Axtarış zamanı onun üzərindən 31,377 qram narkotik vasitə – heroin aşkar edilib. M.Bağırov Cinayət Məcəlləsinin 234.4.3 ( tamah məqsədilə narkotik maddələrin satışı) maddəsi ilə ittiham edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button