Hadisə

Qənimət Zahidin daha bir qardaşı oğlu saxlanıldı

Qənimət Zahidin daha bir qardaşı oğlu saxlanıldı«Azadlıq» qəzetinin baş redaktoru, «Azərbaycan saatı» verilişinin müəllifi, hazırda Fransada mühacir həyatı yaşayan Qənimət Zahidin daha bir qardaşı oğlu polis tərəfindən saxlanıb.

Rüfət Zahidovu iyulun 20-də Yasamal rayonunda işlədiyi şirkətdən aparıblar.

Bu barədə \”Azadlıq\” radiosuna onun atası Fərasət Zahidov məlumat verib: «Üç gündür ki, evimiz nəzarət altında idi. Gözətçi qoyulmuşdu ki, görsünlər bizə kim gəlib-gedir. Halbuki heç gəlib-gedənimiz yoxdur. İndi telefonuna zəng edirəm, zəng çatmır. İş yoldaşları öyrənib ki, hazırda Narkotiklərlə Mübarizə İdarəsindədir, biz də ora gedirik».

Radio bildirir ki, bir neçə gün öncə – iyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan başqa bir qardaşı oğlu – Tural Zahidov da saxlanaraq Şamaxı polisinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə suçlanaraq 30 sutka həbs cəzası alıb.

Qeyri-iş günü olduğundan baş verənlərlə bağlı rəsmi mövqe almaq mümkün olmayıb.

Qənimət Zahid isə açıqlamasında baş verənlərin «Azərbaycan saatı» ilə bağlı olduğunu bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button