Hadisə

“Mercedes” ARDNŞ-in binasına girdi

“Mercedes” ARDNŞ-in binasına girdi
Sürücünün idarəetməsindən çıxa maşın şirkətin giriş qapısına çırpılıb

Bu günlərdə Bakının Səbail rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Yadigarov Elman Elxan oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VG 510 nömrə nişanlı avtomobil Dövlət Neft Şirkətinin binasına çırpılıb. Belə ki, sürücünün idarəetməsindən çıxan avtomobil şirkətin Niyazi küçəsi 1 ünvanında yerləşən əsas binasının giriş qapısına çırpılaraq dayanıb. Nəticədə binanın qapısı sınıb, sürücü isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button