Hadisə

Məşhur jurnalistin “Topaz” məntəqəsindən oğurluq oldu

Məşhur jurnalistin “Topaz” məntəqəsindən oğurluq olduBakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Topaz” məntəqəsindən oğurluq olub.

“Report”un məlumatına görə, naməlum şəxslər gecə saatlarında obyektin qapısının qıfılını qıraraq oradan bir ədəd noutbuk oğurlayıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı bolməsinin əməkdaşları cinayəti torədən şəxlərin axtarışlarını davam etdirir.

Oğurluq edilən “Topaz” məntəqəsini ANS televiziya kanalının keçmis idman jurnalisti Asif Bağırov işlədir.

A.Bağırov sayta açıqlamasında məlumatı təsdiqləyib. O, obyektdən noutbukla yanaşı, datakart və təxminən 400 manatlıq uduş kuponları da aparıldığını deyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button