Hadisə

Mingəçevirdə toyda kütləvi zəhərlənmə

Mingəçevirdə toyda kütləvi zəhərlənmə

Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənib.

“Report”un xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən “Altun” restoranında keçirilən toy mərasimində baş verib.

Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır. Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir.

Hazırda həmin şəxslərin hansı qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button