Hadisə
Bakıda \”zapravka\”nın operatoru müştərini döydü
Bakıda yanacaqdoldurma məntəqəsində dava baş verib.
“Report”un xəbərinə görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində operator işləyən 21 yaşlı Sərxan Ağayev həmin məntəqəyə yanacaq doldurmağa gələn 1951-ci il təvəllüdlü Aftandil Ağayevi döyub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində araşdırma aparılır.
Loading...