Hadisə

81 yaşlı kişi qohumunu güllələyib öldürdü

81 yaşlı kişi qohumunu güllələyib öldürdüHacıqabulda 81 yaşlı kişi qohumunu güllələyərək qətlə yetirib.

Hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində baş verib.

Kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzindən bildirilib ki, meyitin müayinəsi zamanı ürək, baş və digər bədən nahiyəsində 3 güllə yarası aşkar edilib.

Qohumların dediyinə görə, hadisənin S.Şirəliyevin evində usta işləyən Habil Ədilovla pul üstündə yaranmış mübahisə zəminində baş verdiyi ehtimal edilir. S.Şirəliyev həbs edilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır (APA).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button