Hadisə

Bakıda kütləvi zəhərlənmə: 77 nəfər xəstəxanalara üz tutdu

Bakıda kütləvi zəhərlənmə: 77 nəfər xəstəxanalara üz tutduSəhiyyə Nazirliyi məlumat yayıb.

Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Oxu.Az-a bildirib ki, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər.

Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilib. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.

Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.

Hadisənin araşdırılması davam edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button