Hadisə

Əli İnsanov 3 günlüyə karsa salınıb

Əli İnsanov 3 günlüyə karsa salınıbKeçmiş səhiyyə naziri Əli İnsanov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında karsa salınıb.

“Azadlıq” qəzetinin verdiyi məlumata görə, Əli İnsanov xarici banklardakı qonorarlarının müsadirəsinə dair məhkəmə qərarından verdiyi apelyasiya şikayəti ilə əlaqədar avqustun 1-də Bakı İstintaq Təcridxanasına aparılıb və dərhal karsa salınıb. Keçmiş nazir 3 gün karsda saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Əli İnsanovun xarici banklardakı qonorarlarının müsadirəsinə dair iyunun 18-də qərar çıxarıb. Əli İnsanov bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Keçmiş nazir Apelyasiya Məhkəməsində şüşə qəfəsə salınaraq danışmasına imkan verilmədiyini əsas gətirərək prosesdə iştirakdan imtina edib. Buna baxmayaraq avqustun 1-də onu məcburən 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına aparıblar.

Əli İnsanovun apelyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə artıq avqustun 6-da işə Əli İnsanovun iştirakı olmadan baxılmağa dair qərar çıxarıb. İşə isə avqustun 14-də baxılacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button