Hadisə

Kiprdə azərbaycanlı tələbə faciəvi şəkildə öldü

Kiprdə azərbaycanlı tələbə faciəvi şəkildə öldüŞimali Kiprdə azərbaycanlı gənc yol qəzasının qurbanı olub.

Lent.az “gundemkibris.com” saytına istinadən xəbər verir ki, paytaxt Lefkoşadan Qazimağusaya gedən yolda Azərbaycan vətəndaşı olan 20 yaşlı H.Əliyev idarə etdiyi motosikletlə qəzaya düşüb. Belə ki, onun idarə etdiyi və “Yemək səbəti” adlı şirkətə məxsus olan motosiklet Fələstin vətəndaşı olan Cəfər Abdaldayemin idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə H.Əliyev ağır vəziyyətdə aparıldığı xəstəxanada keçinib.

Bildirilir ki, H.Əliyev 2011-ci ildə “Doğu Akdeniz” universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olubmuş və Kiprdə oxumaqla yanaşı kuryerlik edirmiş.

Qəzanı törədən Fələstin vətəndaşı artıq həbs edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button