Hadisə
71 min manata \”işdüzəldən\” \”FHN işçisinə\” cinayət işi açıldı
Neftçala rayonu sakinlərinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı aydın olub ki, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş Fidan Qarazadə 2014-cü ilin iyun-oktyabr ayları ərzində Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarında işə düzəldəcəyi adı ilə Neftçala rayon sakinlərinin 71 min manat məbləğində pul vəsaitini ələ keçirib. İş Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə araşdırılır. İstintaq tədbirləri davam etdirilir.