Hadisə

Arvadını güllələdi, ölmədi deyə maşınla üstündən keçdi

Arvadını güllələdi, ölmədi deyə maşınla üstündən keçdiGürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qaraçöp (Saqareco) bölgəsinin Tüllər kəndində cinayət hadisəsi baş verib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, şənbə günü Tüllər kənd sakini Elimxan Yadigarov həyat yoldaşı Məleykə Yadigarovaya silahdan atəş açıb. Güllə qadına dəyməyib. Bu zaman E.Yadigarov maşını ilə həyat yoldaşının üstündən keçib və nəticədə M.Yadigarova dünyasını dəyişib.

Hadisəni törətməkdə təqsirli bilinən E.Yadigarov saxlanılıb. Onun törətdiyi əməli etiraf etdiyi bildirilir.Faktla bağlı cinayət işi başlanıb. Onun avtomobili araşdırma aparmaq üçün götürülüb.

Məlumata görə, 41 yaşlı Elimxan Yadigarovun Məleykə Yadigarova ilə nikahından övladları var və oğlu evlidir (APA).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button