Hadisə

Döyüldüyü üçün polisə şikayət edəni bölmədə də döydülər

Döyüldüyü üçün polisə şikayət edəni bölmədə də döydülər1982-ci il təvəllüdlü Niyaz Həsənov Bakıda ata və oğul tərəfindən döyülüb.

Musavat.com-un əldə etdiyi məlumata görə, onu döyənlər Bakı şəhər sakinləri-1967-ci il təvəllüdlü Zakir Xəlilov və oğlu, 1990-cı il təvəllüdlü Elnur Xəlilov olub.

Hadisə Xətayi rayonu, M.Rüstəmov küçəsində baş verib. Niyaz Həsənov hadisə barədə 34-cü Polis Bölməsinə məlumat verib və hər iki şəxsdən şikayətçi olub. Bölməyə dəvət edilən ata və oğul burada da dava salıb.

Zakir Xəlilov Polis Bölməsinin həyətində Niyaz Həsənovu təkrar döyüb.

Faktla bağlı araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button