Hadisə

Qazaxda iki hərbçimiz minaya düşdü, biri şəhid oldu

Qazaxda iki hərbçimiz minaya düşdü, biri şəhid olduAz əvvəl Qazax rayonunun Balacəfərli kəndi ərazisində iki Azərbaycan hərbçisi avtomobildə minaya düşüb.

Bu barədə “İnterfaks-Azərbaycan”ın regional bürosundan məlumat verilib. Hadisə nəticəsində hərbçilərdən 35 yaşlı, iki uşaq atası Qoşqar Qurbanov həlak olub. O, Qazax rayonunun Fərəhli kəndindəndir. Partlayış nəticəsində rayonun Xanlıqlar kəndindən olan 26 yaşlı Eşqin Şahbalazov isə yaralanıb və hospitala yerləşdirilib. Ehtimala görə hərbçilərin olduğu avtomobil sürüşərək yoldan kənara çıxıb və tank əleyhinə minaya düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı virtualaz.org saytına məlumatı təsdiqləyib. Bildirib ki, hadisə araşdırılır və nazirlik insidentlə bağlı rəsmi məlumatı yayacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button