Hadisə
Xalq artisti İlham Əsgərov vəfat etdi
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov bu gün vəfat edib.
İ.Əsgərov 1958-ci il, sentyabrın 3-də anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.
İlham Əsgərov 28 oktyabr, 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 15 may, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. 9 may, 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident mükafatına layiq görülüb.
O, məşhur qiraət ustası idi. \”Qarabağı vermərəm\” şerini oxuması ilə daha çox yaddaşlarda qalmışdı.
Loading...