Hadisə

21 yaşlı gənc özünü asdı – MAŞTAĞADA

21 yaşlı gənc özünü asdı - MAŞTAĞADABakıda intihar hadisəsi baş verib. 21 yaşlı gənc özünü asıb.

Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Maştağa qəsəbə sakini, 1994-cü il təvəllüdlü Nadir Əlizaman oğlu Həsənov yaşadığı evdə özünü asıb.

21 yaşlı gəncin meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına mürəciət ediblər. Dərhal əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş vermişdi. Hövsan qəsəbə sakini 1977-ci il təvəllüdlü Zaur Hüseynağa oğlu Muradov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asmışdı.

Hadisəyə səbəb Zaur Muradovun psixi problemlərinin olması göstərilirdi.

İntihar edən şəxs iki azyaşlı uşaq atası idi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button